Press "Enter" to skip to content

Londondakı təxribat Türkiyə və KKTC-də qəzəblə qarşılandı

Təxribat zamanı

Son yeniləmə: 30 Mart 2023 10:29

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Londona səfər edib. Səfər zamanı bir sıra görüşlər keçirən KKTC Cümhurbaşqanı martın 29-da xoşagəlməz hadisə, daha doğrusu təxribatla üzləşib. Bu barədə Kibris Postası məlumat yayıb.

Öz növbəsində KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, Londondakı Kings Collegedə Kıbrıs məsələsi ilə bağlı konfrans verməyə gedən E.Tatara qarşı maneələr yaradılıb. Əllərində Yunanıstan və Güney Kıbrıs bayraqları tutan qrup tərəfindən “Türk ordusu Kıbrısdan çıx” və “Türklərə və Tatara ölüm” şüarları səsləndirilib. Qrupa təhlükəsizlik işçiləri müdaxilə etdikdən sonra E.Tatarın tədbir yerinə gedib.

Qeyd edək ki, həmin vaxt ərazidə olan türk tələbələr E.Tatarı alqışlarla dəstəkləyiblər.

E.Tatar TRT Haberə açıqlamasında “Bizim xalq heç vaxt onlara belə biabırçılıq etməzdi. Onların rüsvayçılığını bir daha gördük” deyib.

E.Tatar Türkiyənin vitse-prezidenti Fuat Oktayın ona zəng edərək ən xoş arzularını çatdırdığını da bildirib.

Yeri gəlmişkən, hadisədən sonra F.Oktay E.Tatara hücum cəhdini pisləyərək, “Cümhurbaşqanımız, millətimiz və şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram. Türkiyə olaraq hər zaman və hər məsələdə yanınızdayıq” deyib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, AK Partinin sədr müavini Numan Kurtulmuş da bu hadisəni pisləyiblər.

KKTC baş naziri Ünal Üstel, xarici işlər naziri Tahsin Erduğruloğlu, hökumət ortaqları olan partiyaların rəhbərləri də bu hadisəni kəskin şəkildə qınayıb, bunu KKTC dövlətinə qarşı edilən hücum kimi dəyərləndiriblər.

Mission News Theme by Compete Themes.