Son yeniləmə: 30 Mart 2023 12:18
BAYRAQDAR MEDİA – İlk Kıbrıs türk hellim (pendir) istehsalçısı AB keyfiyyət proqramı çərçivəsində Qorunan Mənşə Adı (PDO) sertifikatı almaq hüququ əldə edib.
Bu barədə Kibris Postasi məlumat yayıb.
Məlumata əsasən, Avropa Komissiyasının Kıbrıs Nümayəndəliyindən verilən açıqlamaya görə, ilk Kıbrıs türk hellimi Qorunan Mənşəli Məhsul (PDO) sertifikatı alıb.
Bildirilib ki, Kıbrısda müvafiq rəsmi yoxlamaları həyata keçirmək səlahiyyətinə malik beynəlxalq səviyyədə akkreditə olunmuş Bureau Veritas təşkilatı bu ilin fevral ayında Kıbrıs türk icmasında ilk yoxlama aparıb və icmadan olan ilk istehsalçının PDO-da göstərilən tələblərə əməl etdiyini təsdiqləyib.
Avropa Komissiyasının Struktur İslahatlara Dəstək üzrə Baş Direktoru Mario Nava verdiyi açıqlamada, deyib ki, “Halloumi”/”Hellim”Kıbrıs adasındakı hər iki icmanın ortaq mirasıdır.
Öz növbəsində Kıbrıs Türk Sanayi Odası (KTSO) tərəfindən məsələ ilə bağlı verilən açıqlmada PDO sertifikatı alan və Hellim/Halloumi adını istifadə etməyə haqq qazanan ilk Kıbrıslı Türk süd və süd məhsulları istehsalçısının Gülgün Süt Mamulleri LTD. olduğu bildirilib.
KTS0-dan verilən açıqlamada qeyd edilib ki, Gülgün Süt Mamulleri LTD fevral ayında beynəlxalq akkreditasiyadan keçmiş Bureau Veritas qurumunun nəzarətindədir.