Press "Enter" to skip to content

Dövlət Kukla Teatrının aprel repertuarı

Kukla Teatrı

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrı aprel ayı üçün repertuarını açıqlayıb.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, aprel ayında teatrda maraqlı tamaşalar olacaq:

1 aprel – “Qar kraliçası”
1 aprel – “Qoğal” (rus dilində)
2 aprel – “Məlikməmməd”
2 aprel – “Düyməcik” (rus dilində)
7 aprel – “Cırtdan”
7 aprel – “Üç cəsur” (rus dilində)
8 aprel – “Düyməcik” (rus dilində)
9 aprel – “Ağca və yeddi cırtdan”
9 aprel – “Karlson” (rus dilində)
14 aprel – “Şəngülüm, Məngülüm”
14 aprel – “Göyçək Fatma”
15 aprel – “Qoğal” (rus dilində)
16 aprel – “Üç donuz balası”
16 aprel – “Çippolino (rus dilində)
21 aprel – “Pişiyin evi”
21 aprel – “Durna balığı” (rus dilində)
23 aprel – “Çippolino (rus dilində)
23 aprel – “Qızıl balıq”.

Redaktorun qeydi: Bir Azərbaycan teatrı nədən öz aylıq repertuarının tən yarısını rus dilində təqdim etsin ki? Nədir buna səbəb? Necə olur ki, sayı 10 milyonu aşan ölkə əhalisinin cəmi 120 min nəfəri (1 faizi) rus millətindəndir, amma bir teatr öz tamaşalarının 50 faizini o azlığın dilində təqdim etməyə zərurət duyur? Həm də qeyd edək ki, başqa teatrlarda da rusca tamaşaların çoxluğu diqqət çəkir. Düşündürücü durumdur…

Mission News Theme by Compete Themes.