Son yeniləmə: 30 Mart 2023 11:52
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyinin hər həftə təşkil etdiyi “Çərşənbə söhbətləri”nin budəfəki mövzusu 1918-ci il 31 mart soyqırımına həsr edilib.
Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirdə Eskişehir Azərbaycanlılar Dərnəyinin kordinatoru Cavid Əmirov 1918-ci ilin martında boşevik-daşnak birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət barədə ətraflı məlumat verib.
Baş verənləri tarixi faktlarla iştirakçılaırn diqqətinə çatdıran C.Əmirov deyib ki, həmin vaxt xüsusilə Bakıda bolşeviklərin erməni əsilli komissarı Stepan Şaumyanın göstərişi ilə azərbaycanlılara qarşı başladılan soyqırım nəticəsində 15 mindən çox insan vəhşicəsinə öldürülüb. Daha sonra bu qətliamların Quba, Şamaxi , Ucar və Qarabağ’da davam etdiyi, həmin vaxt ermənilər tərəfindən Güney Azərbaycanda da azərbaycanlılara qarşi soyqırımı həyata keçrildiyi vurğulanıb.
Çıxışında davam edən məruzəçi “bolşevik və erməni birliklərinin xüsusilə acımasızca törətdikləri qətliamlarla Bakının, ümumilikdə Azərbaycanın türk-müsəlman əhalisinin iradəsini qırmaq, bu ərazilərə sahiblənmık idi. Lakin qardaş Türkiyənin, Nuru Paşanın rəhbrəliyindəki Qafqaz İslam Ordusunun köməyə gəlməsi ilə erməni və bolşeviklərin bu cinayətləri durduruldu” deyib.
Çıxışında o, Azərbaycan dövlətinin 1918-ci il mart soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırıması üçün gprdüyü işlərdən də bəhs edib.
Toplantının sonunda Cavid Əmirov dinləyicilərin suallarını cavablandırıb.