Press "Enter" to skip to content

Vergi ödəyiciləri üşün yeni xəbər

Elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər

BAYRAQDAR MEDİA – 2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 29-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün daha geniş imkanlar yaradır: “Belə ki, elektron imza vasitəsilə vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və bu kimi sayı daim artan digər elektron xidmətlərin icrası mümkündür. Gücləndirilmiş elektron imzası olan vergi ödəyiciləri istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilirlər”.

Dövlət Vergi Xidməti bildirir ki, elektron kabinetinə daxil olmaq, “Əmək müqaviləsi Bildirişi”ni elektron qeydiyyata almaq, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və digər elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzanın (Asan İmza) əldə edilməsi zəruridir.

Mission News Theme by Compete Themes.