Son yeniləmə: 29 Mart 2023 11:10
BAYRAQDAR MEDİA– Xəbər verdiyimiz kimi, Güney Asiyadan olan mühacir valideynlərin övladı Həmzə Yusuf Şotlandiyanın müstəqilliyini müdafiə edən hakim Şotlandiya Milli Partiyasının (SNP) yeni lideri seçilib.
Martın 28-də isə o, parlamentdə keçirilən səsvermədən sonra Şotlandiyanın ilk müsəlman baş naziri olub.
TRThaber xəbər verir ki, Şotlandiyanın Baş naziri və SNP sədri Nikola Sturgeon həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verdikdən sonra başlayan liderlik yarışında Həmzə Yusuf qalib gəldikdən sonra Şotlandiya parlamentində səsvermə keçirilib.
Beləliklə, Pakistan əsilli müsəlman Həmzə Yusuf 71 səslə parlamentdə çoxluğu qazanıb.