BAYRAQDAR MEDİA – Macarıstan Prezidenti Katalin Novak martın 29-da Türkiyəyə səfər edeəcək. Səfər Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dəvəti ilə gerçəkləşəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, səfər çərçivəsində Türkiyə-Macarıstan əlaqələri və bu istiqamətdə atılacaq addımlar, həmçinin, aktual regional və qlobal məsələlər müzakirə olunacaq.
Ehtimallara görə, səfər çərçivəsində tərəflər NATO-nun genişlənməsi istiqamətində son prosesləri də müzakirə edəcəklər.