BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nisbətən əski nəşrlər sırasında dili türkcə, müəllifi isə türkiyəli ədəbiyyatçı, dilçi Ömer Asım Aksoy olan “Dil yanlışları” kitabı da var.
Kitabın girişində “Doğruya, gözələ çatmağımıza yaxşı örnəklər kimi pis örnəklər də kömək edir” deyə qeyd olunub.
Kitab M.K.Atatürk tərəfindən qurulan Türk Dil Qurumunda ilk dəfə 1980-ci ildə çap olunub. Nəşrin içində 1957-1980-ci illərdə olan 900 sözün tənqidi verilib. Daha sonra 1985-ci ildə 270 sözün tənqidi ilə “Yenə Dil Yanlışları” şəklində çap olunub. 1990-cı ildə isə içində 1 min 800 səhv sözün tənqidi ilə yenidən çap olunub. Kitabda oxumaq, yazmaq, danışmaqda səhvlər, lazımsız sözlər, atalar sözlərindəki səhvlər, Osmanlıcada olan səhv sözlər, bir-biri ilə qarışdırılan sözlər, səhv mənalarda istifadə edilən sözlər və s. verilib.
Müəllif ana dilini doğru istifadə etmək üçün kitabda səhv sözləri yazıb izah edərək bir daha bu səhvləri etməməyi həm göstərir, həm də öyrədir.