Son yeniləmə: 29 Mart 2023 10:37
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Londona səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə Kibris Türk məlumat yayıb.
Qeyd edilib ki, E.Tatar təmasları çərçivəsində Böyük Britaniyanın keçmiş əmək naziri, akademik Bruks Nyumark və azərbaycanlı deputat Ramil Həsənlə görüşüb.
Görüşlərdə Kıbrıs məsələsi, Kıbrıs türk tərəfinin yeni baxışı, Kıbrıs türk xalqına tətbiq edilən haqsız təcridin aradan qaldırılması və ikitərəfli əlaqələr müzakirə edilib.