BAYRAQDAR MEDİA – Dünya Uyğur Konqresinin (WUK) sədri Dolkun İsanın ingilis dilində yazılmış “Çin azadlıq tələsində” kitabı HAR-ANAND nəşriyyatında çap olunub.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Dolkun İsa kitabında Batıda bir uyğur siyasi xadimi kimi işləmək təcrübələrini və Çinin liberal institutlara artan təsiri nəticəsində üzləşdiyi maneələri təsvir edir.
Məlumata əsasən, müəllif həmçinin kitabda həm bir uyğur siyasi xadimi, həm də Doğu Türküstanda uyğurların və digər türk xalqlarının fundamental hüquqlarını müdafiə edən bir insan haqları müdafiəçisi kimi təcrübələrini bölüşüb.
Digər tərəfdən, kitabda Çinin mühacirətdə olan icmalara transmilli təzyiqi və Birləşmiş Millətlər Təşkilatı (BMT) və İNTERPOL kimi beynəlxalq qurumlara artan təsirindən də bəhs edilir.