Son yeniləmə: 29 Mart 2023 11:51
BAYRAQDAR MEDİA – Eskişehirdəki Anadolu Universiteti fevralın 6-da baş verən zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasını davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya ali təhsil ocağından məlumat verilib.
Bildirilib ki, bu sırada təbii fəlakətin psixoloji təsirlərini yüngülləşdirmək üçün atılan addımlar da daxildir.
Qeyd edilib ki, bu çərçivədə Anadolu Universiteti Tələbə Klubları Koordinatorluğu Hatayın Belen bölgəsində zəlzələdən zərər çəkmiş uşaqlar üçün “Bir oyuncaq, bir xoşbəxtlik” adlı yardım kampaniyasına başlayıb: “Yardım kampaniyası çərçivəsində uşaqları zəlzələnin sarsıdıcı psixoloji təsirlərindən qorumaq üçün zəlzələ bölgəsinə sosiallaşma və ünsiyyəti artıracaq stolüstü oyunlar göndəriləcək. Həmçinin, kampaniyaya dəstək olaraq Anadolu Universiteti Könüllü İctimai Xidmətlər Klubu Hatayın Belen şəhərində uşaq meydançası quracaq”
Bildirilib ki, dəstək üçün veriləcək müxtəlif oyuncaqlar martın 30-na qədər hər gün saat 08:30-20:00 arasında Anadolu Universiteti Tələbə Mərkəzinin 3-cü mərtəbəsindəki yardım masasına gətirilə bilər.