BAYRAQDAR MEDİA – Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgəyə yüzlərlə nəqliyyat vasitəsi, inşaat texnikası, heyət və yardım maşınları göndərən Denizli Böyükşəhər Bələdiyyəsi, hazırda zəlzələnin baş verdiyi vilayətlərdən biri olan Hatayın İskenderun rayonunda işlərini davam etdirir.
Bələdiyyədən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, fəlakət bölgəsini tez-tez ziyarət edən Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan bu dəfə də həyat yoldaşı Berrin Zolan ilə birlikdə İskenderun mahalına gedib. Səfər zamanı onları Pamukkale Bələdiyyə başqanı Avni Örki və həyat yoldaşı Nur Örki müşayiət edib.
Məlumatda deyilir ki, səfər zamanı Denizli Böyükşəhər Bələdiyyəsi və Pamukkale Bələdiyyəsinin bölgədə çalışan işçiləri ilə görüşən O.Zolan işlərin gedişi haqqında məlumat alıb.
O.Zolan səfəri çərçivəsində həmçinin, Pınarbaşı çadır çəhərciyi və İsa Taş Konteyner şəhərciyində mıskunlaşıana zəlzələdən zərər çəkənlərlə görüşüb. Görüşdə o, Denizli Böyükşəhər Bələdiyyəsi qruplarının vətəndaşların bütün ehtiyaclarını qarşılamaq üçün bölgədə fasiləsiz xidmət göstərdiyini söyləyib.
Qeyd edilib ki, O.Zolan son olaraq Cümhurbaşqanı Recep Tayyip Erdoğan, MHP genel başqanı Devlət Bahçeli və müşayiətçilərinin iştirakı ilə İskenderunda keçirilən təməlqoyma mərasimində iştirak edib. Mərasimdə Antakya, Defne və İskenderun Dövlət xəstəxanalarının və Kırıkhandakı kənd evinin, İskenderun, Altınözü və Arsuzdakı zəlzələ evlərinin təməlqoyma mərasimi keçirilib.