Press "Enter" to skip to content

Yüz min imza prosesi başa çatıb

Ahmet Yener

BAYRAQDAR MEDİATürkiyə Yüksək Seçim Kurumunun (YSK) sədri Ahmet Yener, prezidentliyə namizədlik üçün 100 min imza prosesinin bitdiyini açıqlayıb.

O, bunu keçirdiyi mətbuat konfransında bildirib.

Gunes Gazetesi xəbər verir ki, A.Yener, imza prosesi başa çatdıqdan sonra keçirilən toplantı nəticəsində YSK-nın cümhurbaşqanlığına namizədlərin Kemal Kılıçdaroğlu, Müharrem İnce, Recep Tayyip Erdoğan və Sinan Oğan olmasına (adlar əlifba sırası ilə verilib) qərar verib. Artıq qərar Resmi Gazetedə elan olunmaq üçün göndərilib.

Qeyd edilib ki, ümumilikdə Müharrem İnce üçün 114 min 661, Sinan Oğan üçün 111 min 508, Muhammed Ali Fatih Erbakan üçün 69 bin 255, Doğu Perinçek üçün 27 bin 61, Yakup Türkal üçün 3 bin 137, Erkan Trükten üçün 2 bin 589, Tevfik Ahmet Özal üçün 1544, İrfan Uzun üçün 1263, Halil Murat Ünver üçün 538, Hilmi Özden üçün 478 ve Davut Turanüçün 122 imza verilib.

Prosesin türk millətinə və demokratiyasına xeyirli olmasını arzulayan A.Yener bildirib ki, YSK-nın seçki təqviminə görə, müvəqqəti namizədlər siyahısının Resmi Gazetede dərc olunması ilə apellyasiya prosesi başlayacaq. Etirazlar YSK tərəfindən qərarlaşdırıldıqdan sonra namizədlərin yekun siyahısı martın 31-də Resmi Gazetede dərc olunacaq və cümhurbaşqanlığı seçkilərinin təbliğat dövrü başlayacaq.

Mission News Theme by Compete Themes.