BAYRAQDAR MEDİA – Aprelin 13-də Heydər Əliyev Mərkəzində Türkiyəli rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisinin açılışı olacaq.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd olunur ki, “müəllifin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb, bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyə rəsm sənətinin məşhur simalarından olan Devrim Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Budəfəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunacaq”.