Press "Enter" to skip to content

Səfir Nəsimi Ağayevdən TV Berlin-ə önəmli açıqlamalar – VİDEO

Nəsimi Ağayev

Son yeniləmə: 28 Mart 2023 10:57

Nəsimi Ağayev: Sivilizasiyaların kəsişmə noqtəsində yerləşməsi Azərbaycanın demoqrafik vəziyyətinə, ölkədə tarixən multikulturalizm mühitinin formalaşmasına öz təsirini göstərib

BAYRAQDAR MEDİA – Almaniyanın nüfuzlu TV Berlin kanalı Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevdən müsahibə götürüb. Müsahibə sözügedən telekanalın “Diplo International” proqramında yayımlanıb. Proqramın aparıcısı tanınmış jurnalist Evald Köniqdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 28-də səfirlikdən məlumat verilib.

Bildirilib ki, N.Ağayev Azərbaycanın yerləşdiyi region, qonşuları, tarixi İpək Yolunun üzərində mövqe alması barədə ətraflı məlumat verib: “Bildirib ki, sivilizasiyaların kəsişmə noqtəsində yerləşməsi Azərbaycanın demoqrafik vəziyyətinə, ölkədə tarixən multikulturalizm mühitinin formalaşmasına öz təsirini göstərib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinə və etnik mənsubiyyətə mənsub insanlar, o cümlədən xristian və yəhudilər dinc və mehriban şəraitdə yaşayır, habelə öz dini ibadətlərini sərbəst şəkildə icra edə bilir”.

Məlumata əsasən, səfir Azərbaycanın müstəqilliyin ilk illərində ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyini və Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını bildirib. N.Ağayev bu çətinliklərə baxmayaraq ölkənin son 30 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçərək, Güney Qafqazın ən güclü dövlətinə çevrildiyini söyləyib.

Çətin regionda yerləşməsinə baxmayaraq Azərbaycanın öz qonşuları ilə məhsuldar münasibətlər yarada bildiyini vurğulayan səfir N.Ağayev diplomatiyamızın əsas hədəfinin müstəqilliyin daha da güclənməsi, bütün dövlətlərlə ərazi bütovlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında münasibətlərin qurulmasından ibarət olduğunu bildirib: “N. Ağayev Ermənistanın hərbi təcavüzü və işğal etdiyi ərazilərdə törətdiyi dəhşətli dağıntı və apardığı etnik təmizləmə siyasəti, ərazilərin minalanması, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar prosesi, habelə Azərbaycanın Avropanın enerji təhükəsizliyinin təmin edilməsindəki rolu və s. barədə kanal izləyicilərini ətraflı şəkildə məlumatlandırıb”.

Mission News Theme by Compete Themes.