Keçmiş müşavir Ali Rıza Altunel isə millət vəkili olmaq üçün mübarizəyə qoşulub
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri dəyişib. Türkiyə milli təhsil naziri Mahmut Özerin müvafiq əmri ilə bu vəzifəyə Nurullah Feyzi Yazıcı təyin olunub.
Millî Eğitim Bakanımız Sayın Mahmut ÖZER'in takdir ve tensipleriyle Bakü Eğitim Müşaviri olarak atanan Nurullah Feyzi YAZICI bugün itibariyle görevine başlamıştır. Başarılar dileriz. pic.twitter.com/QcITt4nS8V
— Bakü Eğitim Müşavirliği (@BakuEgitim) March 27, 2023
Qeyd edək ki, N.F.Yazıcı buna qədər Bakü Türk Eğitim Kurumlarında (Bakı Türk Anadolu Liseyi) müdir vəzifəsində işləyib.
Artıq yeni müşavir vəzifəsinin icrasına da başlayıb. Eyni zamanda, Bakü Türk Eğitim Kurumlarının yeni müdiri də bəllidir. Bu vəzifəyə indiyə qədər müdir müavini olmuş Yüksel Gülek təyin olunub. Martın 27-də bu təhsil ocağında bayraq dəyişimi gerçəkləşib.
Əldə etdiyimiz digər məlumata görə, keçmiş müşavir Ali Rıza Altunel 28-ci dönəm millət vəkili seçkilərində namizəd olmaq üçün mübarizəyə qoşulub. Onun hakim AK Parti sıralarından Artvindən aday adayı olaraq mübarizəyə qoşulduğu bildirilir.
BAYRAQDAR MEDİA-ya qısa açıqlamasında bu məlumatı təsdiqləyən Ali Rıza Altunel “anadan olduğum Artvindən millət vəkili aday adayı oldum. Allah nəsib edərsə, bundan sonra da millət vəkili kimi dövlətimizə və xalqımıza xidmət edəcəyik” dedi.