Press "Enter" to skip to content

Ersin Tatar Londonda görüşlər keçirəcək

Ersin Tatar

Son yeniləmə: 28 Mart 2023 14:01

BAYRAQDAR MEDİAKuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar danışıqlar aparmaq üçün Londona gedib.

KKTC-nın Bakıdakı nümayəndəliyindən BAYRAQDAR MEDİA-ya martın 28-də verilən məlumata görə, E.Tatarı Ercan Hava Limanından parlamentin sədri Zorlu Törə, ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı və digər rəsmi şəxslər yola salıblar.

Məlumata əsasən, E.Tatar Londonda Britaniya parlamentariləri ilə görüşəcək, mətbuat üçün özəl müsahibələr verəcək. E.Tatar Londonda gənclərlə də görüşəcək: “London səfəri zamanı E.Tatar Cümhurbaşqanının xüsusi nümayəndəsi M.Ergün Olgun, Etimad tədbirləri, ikitərəfli texniki komitələrin koordinatoru Güneş Onar, diplomatiya və beynəlxalq əlaqələr üzrə xüsusi müşaviri Prof. Dr. Hüseyn İşıqsal, xarici mətbuatla əlaqələr üzrə sorumlu Kerem Haseri müşayiət edəcək.

Mission News Theme by Compete Themes.