BAYRAQDAR MEDİA – Martın 28-də xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
Bu barədə XİN saytında yerləşdirilən məlumatda qeyd edilib.
Bildirilib ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir C.Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.