BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın yerli erməni əhalisinin nümayəndələrini yenə də Bakıda görüşə dəvət edib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti martın27-də yayıb.
Xəbərdə qeyd edilir ki, Administrasiya, “martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”.