Son yeniləmə: 28 Mart 2023 08:02
BAYRAQDAR MEDİA – Mayın 14-də Türkiyədə həm cümhurbaşqanı, həm də parlament seçkiləri keçiriləcək. Qardaş ölkədə seçkilərlə bağlı proseslər maraqla izlənir.
Məlum olduğu kimi seçicilər tərəfindən cümhurbaşqanlığına namizədliyi irəli sürülənlər üçün imza verilməsi prosesi martın 27-də başa çatacaq.
Anadolu Ajansının məlumatına görə, martın 26-da namizədlərdən Sinan Oğan tələb olunan yüz min imzanı toplayıb. Bununla da o, Recep Tayyip Erdoğan, Kemal Kılıçdaroğlu və Müharrem İnceden sonra namizədliyi rəsmiləşən 4-cü şəxs olub.
Yeniden Rifah Partiyasının sədri Fatih Erbakan isə partiyasının Cumhur İttifakının çətiri altında seçkilərə girəcəyini və buna görə də Cümhurbaşqanlığına namizədlik prosesini martın 24-də yekunlaşdırdığını bildirib.
Digər namizədlər Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Tevfik Ahmet Özal və Yakup Türkalın namizədliyinin qeydə alınması üçün imza verilməsi prosesi isə davam edir.
İmzalanma prosesi saat 20:00-da başa çatacaq.