Press "Enter" to skip to content

Kitab tanıtma: Gülhüseyn Kazımlıdan “İnsanın dərki”

Kitabın üz qabığı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında qiymətli nəşrlər sırasında müəllifi Gülhüseyn Kazımlı olan “İnsanın dərki” monoqrafiyası da yer alır.

“Qəhrəmanın mənəvi ziddiyyətlərinin açılmasında və əxlaqi baxımdan kamilləşməsində daxili konfliktlərin xüsusiyyətləri”, “Müasir əxlaqi toqquşmaların dərinləşməsi vasitəsi kimi əsərlərin strukturunda zaman əlaqəsi” başlıqlı fəsillərdə ədəbiyyatın insan həyatında, onun özünütəsdiq, özünü kamilləşdirmə kimi çətin mənəvi psixoloji sarsıntılardan keçərək düzgün həyat yoluna çıxa bilməsi ideyaları verilib.

Həmçinin, kitabda insan xarakterinin daxili ruhunda baş verənlərin psixoloji təhlilini aparmadan şəxsiyyətin təsvirini verməyin, onun əməllərinin mexanizmini açmağın mümkün olmadığı bildirilib.

Qeyd edək ki, kitabın redaktoru və yenidən nəşrə hazırlayanı Turan İbrahimovdur.

Mission News Theme by Compete Themes.