Press "Enter" to skip to content

Kərkükdə səsvermə hüququ ilə bağlı vacib qanun

Kərkük

Son yeniləmə: 27 Mart 2023 15:16

BAYRAQDAR MEDİAKərkükdə keçiriləcək yerli seçkilərdə şəhərə kənardan gətirilən və əhalisinin qeydiyyatı bu şəhərdə olmayanların səsvermədə iştirak etməməsi ilə bağlı qanun İraq parlamentində qəbul edilib.

Bu barədə TürkmeneliTV məlumat yayıb.

Məlumata görə, İraq Parlamentinin Türkmənlər Qrupunun sədri Erşat Salihi mövzu ilə bağlı açıqlama verib: “Günlərdir məşğul olduğumuz, Kərküklə bağlı olan və Kərkükə kənardan gətirilən seçicilərin səs verməməsini ehtiva edən qanunu qəbul etdik. Saylarımız az olsa da, Məclisdə gücümüzü sübut etdik. Kərkükün kimliyinin dəyişməsinə heç vaxt icazə verməyəcəyik”.

E.Salihi Kərkükdən olan türkmən, ərəb və kürd siyasətçilərin sözügedən maddənin qüvvəyə minməsini dəstəklədiyini bildirib.

Məlumatda o da qeyd edilir ki, Kərkükdə yerli seçkiləri əhatə edən seçki qanununun 35-ci maddəsinə əsasən, şəhərdəki seçici siyahıları yoxlanılacaq və Kərkük seçicilərinin şəxsiyyət vəsiqələri ilə yemək kartları uyğunlaşdırılacaq. Bu zaman məlumatları uyğun gəlməyən şəxslər bu şəhərdə yerli seçkilərdə səs verə bilməyəcəklər.

Bu qanunun qəbulu olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki 2003-cü ildən sonra Kərkük kürd siyasi partiyaları tərəfindən ölkənin quzeyindən bura gətirilən əhali hesabına “demoqrafik dəyişiklik” baş verib.

Mission News Theme by Compete Themes.