BAYRAQDAR MEDİA – “Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir”.
Bu cümlə DSX-nın martın 27-da yaydığı xəbərdəndir.
Qeyd edilir ki, “keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılmışdır”.
Bundan sonra aparılan “araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları – Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilmişdir”.
“Sərhəd pozucularının üzərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram olan narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülmüşdür. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, – deyə xəbərdə bildirilir.