Press "Enter" to skip to content

Güney Azərbaycan məsələsi geniş müzakirə edilib – VİDEO

Azər Həsrət Cenevrədə

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, ictimai fəal, siyasi şərhçi Azər Həsrət Cenevrədə BMT tribunasında Güney Azərbaycan türklərinin problemləri haqqında danışıb.

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

Martın 27-də Azər Həsrət məsələylə bağlı LAF TV-nin efirində aparıcı Ləman Ələşrəfqızının qonağı olub. Bir saatadək çəkən söhbət Güney Azərbaycanla bərabər türk dünyası, Rusiya, Doğu Türküstan, Zəngəzur dəhlizi və s. kimi məsələlər ətrafında olub.

Azər Həsrət martın 20-24-də İsveçrənin Cenevrə şəhərində davam edən BMT İnsan Haqları Şurasının 52-ci sessiyasında iştirakından danışıb. O, qeyd edib ki, bir həftə ərzində İranda insan haqları məsələləri geniş müzakirə edilib.

Natiq təəssüflə qeyd edib ki, bunun fonunda İrandakı türklərin hüquqları haqqında ya az danışılıb, ya da məsələnin üzərindən keçilməyə çalışılıb. Azər Həsrət bildirib ki, BMT-nin İran üzrə xüsusi məruzəçisi bu ölkədə insan haqlarının durumuyla bağlı hesabatında ümumiyyətlə türklərdən bəhs etməyib. O, deyib ki, çıxışlarda bir qayda olaraq İrandakı kürdlərin, bəlucların, bəhai, yevangelist icmalarına aid olan dini azlıqların məsələləri daha çox qabardılıb.

Azər Həsrət onu da bildirib ki, məhz bu qüsuru gördüyü üçün istər ümumi müzakirələrdə, istərsə də yan tədbirlərdə İranla bağlı müzakirələrə qoşularaq Güney Azərbaycanlılar başda olmaqla türklərin problemləri haqqında danışıb.

Mission News Theme by Compete Themes.