Press "Enter" to skip to content

Ersin Tatar: Biz mövqeyimiz birmənalıdır

KKTC Cumhurbaşkanı Ersin Tatar

Son yeniləmə: 27 Mart 2023 15:59

BAYRAQDAR MEDİA-“Bizim mövqeyimiz aydın və birmənalıdır: biz yeni siyasət yeridirik”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC-nin Bakıdakı nümayəndəliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda deyilir ki, E.Tatar, bunu İngiltərə və Kanada Ali komissarları ilə görüşün nəticəsini dəyərləndirərkən bidirib. O, danışıqlara, xoş niyyətli yanaşmalara açıq olduqlarını vurğulamaqla yanaşı, Kıbrıs türk tərəfinin yeni siyasətinin “suveren bərabərlik və bərabər beynəlxalq status” üzərində qurulduğunu söyləyib.

E.Tatar, Kıbrıs rum tərəfinin yeni lideri Nikos Hristodulidisin Kıbrıs haqqında əslində fərqli bir şey söyləmədiyini ifadə edərək, “Mən yeni bir üfüq görmürəm” deyib.

Xatırladaq ki, E.Tatar həm İngiltərə Ali Komissarı İrfan Siddiq, həm də Kanada Ali Komissarı Karine Asselin ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Mission News Theme by Compete Themes.