BAYRAQDAR MEDİA – Mayın 14-də keçiriləcək ümumi seçkilər üçün Eskişehirdə AK Parti millət vəkili namizədlərinin müəyyənləşdirilməsində ilk proses olan rəy yoxlamaları başlayıb.
Məlumatı Eskişehir Haber yayıb.
Bildirilib ki, Gökmeydan İdman Salonunda keçirilən toplantıda aralarında bələdiyyə başçıları, bələdiyyə məclis üzvləri, rayon idarələri və məhəllə başçıları da daxil olmaqla təxminən min üç yüz partiya üzvü səs verib: “Prosesə qatılan partiya üzvləri Eskişehirdə AK Partidən namizəd olmaq istəyən 37 nəfər arasından seçim ediblər”.
Səhər saatlarından başlayan rəy sorğusu nəticəsində deputatlığa namizədlərin müəyyənləşdirilməsində birinci mərhələ başa çatıb.