Press "Enter" to skip to content

57 nəfərə ilkin tibbi yardım göstərilib

Təcili Tibbi Yardım avtomobili

Son yeniləmə: 27 Mart 2023 15:19

Təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində çalışıb

BAYRAQDAR MEDİA – Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 27-də TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub: “Təcili tibbi yardım xidməti gün ərzində 2 100 – 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub. Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub. Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub”.

Mission News Theme by Compete Themes.