Press "Enter" to skip to content

Ənənə davam edir

Bələdiyyə başqanı Osman Zolan insanalara iftar yeməyi paylayarkən

Son yeniləmə: 27 Mart 2023 11:42

Bələdiyyə başqanı insanlara iftar yeməyi paylayıb

BAYRAQDAR MEDİADenizli Böyükşəhər Bələdiyyəsinin hər il ənənəvi hala gətirdiyi iftar mərasimi bu il də davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya həmin qurumdan məlumat verilib.

Bildirilib ki, Kayalık Prospekti və Ulu Məscidinin yanında qurulan, hər gün 5 min nəfəri qəbul edəcək iftar çadırı Ramazan ayının ilk günündə qonaqlarını qəbul edib.

Məlumata əsasən, mərasimə Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan, Pamukkale Bələdiyyə Başçısı Avni Örki, Böyükşəhər Bələdiyyəsi baş katibi Mustafa Ünal, Məclis sədrinin müavini Ali Değirmenci, MHP Denizli İl Başkanı Mehmet Ali Yılmaz, Denizli Ticarət Palatası (DTO) Məclisinin sədri Salih Sarıkaya, DTO sədri müavini Hasan Aracı, həmçinin digər qonaqlar və minlərlə vətəndaş qatılıb: “Osman Zolan və onu müşayiət edən şəxslər hər il olduğu kimi bu il də Ramazan ayının ilk iftar iftarına qatılaraq vətəndaşlarla eyni süfrəni bölüşüblər”.

Burada həmyerliləri ilə bir müddət söhbət edən bələdiyyə sədri O.Zolan, insanalara iftar yeməyi paylayıb. O, sonra iftar çadırında vətəndaşlarla birlikdə namaz qılıb və iftar açıb.

Mərasimdə çıxış edən O.Zolan daha bir Ramazan ayına çatmağın xoşbəxtliyini və hüzurunu dilə gətirib. “Ehtiyacı olan qardaş və bacılarımıza, xüsusilə də zəlzələ bölgəsində fəlakətdən əziyyət çəkənlərə sahib çıxacaq, onların yaralarını sağaltmaq üçün səy göstərəcəyik.

Ramazan ayında hər gün 5 min nəfərə iftar süfrəsi açılacaq. Eyni zamanda Denizli Böyükşəhər Bələdiyyəsi olaraq Hatay İskəndərunda hər gün 10 min insana iftar süfrəsi açacayıq”.

Məlumta əsasən, Denizlidə əhəmiyyətli bir ənənə halını alan iftar çadırında hər gün 5 min insana xeyriyyəçi, iş adamı və ya qurum tərəfindən xidmət göstəriləcəyini qeyd edən O.Zolan, sözügedən xidmətin Denizli Böyükşəhər Bələdiyyəsinin koordinasiyası ilə davam edəcəyini söyləyib.

Mission News Theme by Compete Themes.