Press "Enter" to skip to content

Düşmən tərəf yenə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Müdafiə Nazirliyi

Son yeniləmə: 24 Mart 2023 21:47

BAYRAQDAR MEDİA – Martın 24-ü axşam saatlarında Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub: “Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Mission News Theme by Compete Themes.