Press "Enter" to skip to content

Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Türkiyədə səfərdə olub

Görüşlər zamanı

Son yeniləmə: 21 Mart 2023 21:01

BAYRAQDAR MEDİA – Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov 20-21 mart 2023-cü il tarixində Türkiyənin Ankara şəhərində səfərdə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, İnzibati Kollegiyanın sədri səfər çərçivəsində Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit və Türkiyənin Baş prokuroru Bekir Şahinlə görüşlər keçirib.

Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin, xüsusilə də inzibati məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Xəqani Məmmədov Türkiyə məhkəmə sisteminin hər üç yüksək vəzifəli şəxsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.

Məlumata əsasən, görüşlərdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Mission News Theme by Compete Themes.