Son yeniləmə: 20 Mart 2023 20:03
BAYRAQDAR MEDİA – Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin martın 20-də yaydığı xəbərə görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə odlu silahlardan atəş açaraq bir hərbçini yaralayıb.
Xəbərdə deyilir ki, martın 20-də “saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutmuşdur”.
Qeyd olunur ki, DSX-nin hərbi qulluqçusu, kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.
O da bildirilir ki, hərbçiyə uyğun tibbi xidmət göstərilib və həyati təhlükəsi yoxdur.
Maraqlıdır, bəs Avropa Birliyinin mülki müşahidəçiləri nə ilə məşğuldur? Necə olur ki, onların müşahidəsi altında olan ərazidən Azərbaycana atəş açılır? Ermənilər nəyə arxayın olaraq bunu edə bilirlər?
Həm də nəzərə alaq ki, Ermənistanın sərhəd bölgəsindəki təxribatları təkcə bundan ibarət deyil. Buna qədər də Ermənistan ərazisi məhz AB müşahidəçilərinin gəlməsindən sonra atəşə tutulub. Amma o müşahidəçilərdən nəsə səs çıxmır…
Belə bir durum bir daha göstərir ki, Ermənistan AB müşahidəçilərinin çətiri altında gizlənərək hətta Novruz Bayramı kimi müqəddəs bir gündə Azərbaycana qarşı təxribat edir. Bu isə bir daha sübut edir ki, Ermənistanla yalnız dəmir yumruq dili ilə danışmaq lazımdır…