BAYRAQDAR MEDİA – Qırğızıstan tarixi romançısı Tölögön Kasımbekovun müəllifi olduğu “Kırgın: Bir Ürkün Hikayesi” kitabı Türkiyə türkcəsinə tərcümə edilib.
Kırım Haber Ajansı xəbər verir ki, kitab 1916-cı ildə minlərlə qırğızın ruslar tərəfindən qırğına məruz qalmasına səbəb olan Ürkün üsyanından bəhs edir.
Məlumata əsasən, “Qırğız adını dağlara qılıncla yazdım” deyən T.Kasımbekov bu günlərdə Türkiyədə oxucuları ilə görüşüb.
Romanı Bengü Nəşriyyat evi çap edib.