Son yeniləmə: 17 Mart 2023 12:43
Agentliyin nümayəndə heyəti Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində olub
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilovla görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 17-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətini salamlayan Qalib İsrafilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyi və fəallığının əhəmiyyətli olduğunu deyib. O, BMT-nin müxtəlif strukturları tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığının diqqətdə saxlanıldığını bildirib.
Daha sonra çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva BMT-nin təsisatları və digər nizamnamə orqanları ilə əməkdaşlığın Agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb: “Vətəndaş Cəmiyyəti təsisatlarının qeyd olunan tədbirlər çərçivəsində iştirakının davamlı olması üçün sistemli iş aparılmasının vacibliyindən, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün qarşıda duran hədəflərdən bəhs edib”.