BAYRAQDAR MEDİA – Rusiya Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri martın 17-də Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
“Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Güney Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin, regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.