Press "Enter" to skip to content

Meksikalı tələbələrdən Azərbaycana böyük maraq

Tədbir zamanı

Son yeniləmə: 17 Mart 2023 10:05

BAYRAQDAR MEDİA – Meksikanın və Latın Amerikasının ən böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Meksika Milli Avtonom Universitetinin (UNAM – Universidad Nacional Autónoma de México)Siyasi və Sosial Elmlər Fakültəsinin tələbələrinəAzərbaycan haqqında geniş təqdimat keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 17-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Səfir Məmməd Talıbov Azərbaycan haqqında təqdimatla çıxış edərkən
Səfir Məmməd Talıbov Azərbaycan haqqında təqdimatla çıxış edərkən

Bildirilib ki, UNAM-ın Siyasi və Sosial Elmlər Fakültəsinin Tədqiqat Professorları Fausto Kintana vəTalya İşcanın moderatorluğu ilə keçirilən təqdimatda Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbov çıxış edib: “Səfir ölkəmizin müstəqillik ənənələri, Azərbaycanın tarixi, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu, həmçinin Ulu Öndərin vizyonu və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklərdən bəhs edib. Diplomat həmçinin erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi,ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, incəsənəti, milli mətbəxi və multikulturalizm ənənələri haqda məlumat verilib. Konfransda həmçinin, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti barədə məlumat verib”.

Meksika Milli Avtonom Universitetinin tələbələri Azərbaycana böyük maraq göstərirlər
Meksika Milli Avtonom Universitetinin tələbələri Azərbaycana böyük maraq göstərirlər

Bundan əlavə Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrdən bəhs edilib: “Son dövrlərdə həyata keçirilən qarşılıqlısəfərlər, ölkələrimiz arasında mədəniyyət,turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib. Həmçinin auditoriya tərəfindən ünvanlanan suallar cavablandırılıb”.

Mission News Theme by Compete Themes.