Press "Enter" to skip to content

Kosovada türk deputatdan AB-nin xüsusi nümayəndəsinə etiraz

Enis Kervan

Son yeniləmə: 17 Mart 2023 13:00

BAYRAQDAR MEDİA – Kosova Türk Demokrat Partiyası-KDTP millət vəkili və Kosova parlamentinin Çoxmillətli Parlament Qrupunun rəhbəri Enis Kervan Avropa Birliyinin xüsusi nümayəndəsi Miroslav Layçakın icmalardan yalnız Serb Siyahısı deputatları ilə görüşünə etiraz edib.

Bu barədə Kosovo Haber məlumat yayıb.

Bildirilib ki, Kosovanın çoxmillətli quruluşuna diqqət çəkən E.Kervan M.Layçakın yalnız serb icmasının nümayəndələri ilə görüşməsinin ədalətli və Avropa standartlarına uyğun olmadığını deyib.

O, “Beləliklə, siz Kosova Respublikasının konstitusiyasının bir hissəsi kimi çoxmillətli Kosova Respublikasına töhfə verən, dəstəkləyən və töhfə verməyə davam edən digər qeyri-çoxluq və serb olmayan icmalarının nümayəndələrinə məhəl qoymursunuz. Qeyri-çoxluq icmalar arasında ikili standartlar demokratiyaya və AB-nin qəbul etdiyi dəyərlərə töhfə vermir!” deyə bildirib.

Mission News Theme by Compete Themes.