Son yeniləmə: 17 Mart 2023 12:02
BAYRAQDAR MEDİA – Yunanıstanda keçiriləcək parlament seçkilərinə Batı Trakya türkləri də ciddi hazırlaşır. Bu arada Dr. Hüseyn Baltacı İskeçedə Thraki qəzetinə müsahibədə verib.
Gündem Gazetesinin məlumtaına görə, müsahibədə o, qarşıdan gələn seçkilərdə mümkün namizədliyi ilə bağlı məsələlərə toxunub.
Məlumata əsasən, qəzetin Dr. Hüseyn Baltacının MERA 25 Partiyasından namizədliyini “İskeçedə siyasi tarazlığı dəyişə biləcək namizədlik” adlandırması diqqəti cəlb edib.
Qəzetə verdiyi müsahibədə Dr. Hüseyn Baltacı MERA 25-dən millət vəkili namizədliyi üçün danışıqların getdiyini təsdiqləyib: “Bəzi vəziyyətlər üçün tələsmirik, amma qapılarımızı da bağlamırıq.
O, əlavə edib ki, MERA 25 Partiyası İskeçe millət vəkili namizədləri ilə bağlı yekun qərarların yaxın günlərdə veriləcəyinə inanır.