BAYRAQDAR MEDİA – 2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barrel olub. Bunun 531 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.
Bu barədə BAYARQDAR MEDİA-ya martın 17-də Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.