Son yeniləmə: 17 Mart 2023 11:05
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, mayın 15-də qardaş Türkiyədə seçkilər keçiriləck. Bu arada isə Nokta Araşdırma Mərkəzi Denizlidə sorğu keçirib.
Deda Haber xəbər verir ki, 1-11 mart 2023-cü il tarixləri arasında aparılan sorğu 3 min 174 nəfərin iştirakı ilə həyata keçirilib.
Həmin sorğuda AK Parti (36,9%) Denizlidə birinci olub. Sonrakı yerlərdə CHP (29,7%), İYİ Partiya (12,8%) və MHP (8%) gəlir.
Məlumatda deyilir ki, Denizlidə yeni partiyaların vəziyyəti də maraq doğurub. Sorğuya görə, Ali Babacanın DEVA partiyası 1,4, Müherrem İncenin Məmləkət Partiyası 0,9, Ümit Özdağın Zəfər Partiyası 0,2, Fatih Erbakanın Yeniden Rifah Partiyası 1,3 səs toplayıb.
HDP-nin səs nisbəti 3,8 olaraq açıqlansa da, Cumhur İttifakı”nın yeni üzvü HUDA Par 2,0 faiz səs toplayıb.