Press "Enter" to skip to content

Daha bir Türkiyə şirkətinin Azərbaycanda şöbəsi açılacaq

Rəşad Cabirli

Son yeniləmə: 17 Mart 2023 13:53

BAYRAQDAR MEDİA – “MÜSİAD-Azərbaycan olaraq Türkiyədən olan iş adamlarının Azərbaycana daha çox sərmayə qoyması üçün çalışırıq. Bu istiqamətdə atdığımız addımlar isə öz bəhrəsini verməkdədir. Artıq iki il öncə apardığımız danışıqların nəticəsi olaraq martın 10-da Bakıda Türkiyənin iki tanınmış şirkətinin, iki məhşur markasının şöbəsi açıldı. Lakin bu son deyil”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda daha bir Türkiyə şirkətinin Azərbaycanda şöbəsi açılacaq: “Bioloji qida və əzcaçılıq sektorunda tanınmış şirkətin Bakıdakı şöbəsinin açılışında Türkiyənin Azərbaycandakı səfri Dos. Dr. Cahit Bağcı və Azərbaycanın rəsmi qurumlarının təmsilçiləri də iştirak edəcəklər. Təbii ki, hər bir açılış yeni sərmayə qoyuluşu, yeni iş yeri imkanları deməkdir. Ən əsası isə bu cür işlər iki qardaş ölkə arasındakı iqtisadi bağların daha da möhkəmlənməsinə səbəb olur. İnşallah bu cür açılışlar tez-tez olacaq. Çünki biz bunun üçün durmadan çalışırıq”.

Mission News Theme by Compete Themes.