BAYRAQDAR MEDİA – Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 17 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Neftçilər prospekti, Əziz Əliyev, Zərifə Əliyeva küçələrinə və İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 17-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” deyə məlumatda qeyd edilib.