Son yeniləmə: 16 Mart 2023 15:42
Ankarada TDT-nin gövqəladə Zirvə görüşü keçiriləcək
BAYRAQDAR MEDİA – Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşü keçiriləcək. “Təbii fəlakətlərin idarə edilməsi və humanitar yardım” mövzusunda Zirvə görüşü Azərbaycanın təklifi ilə keçirilir.
Bu barədə Cümhurbaşqanlığı İletişim Başqanlığına istinadən Anadolu Ajansı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Zirvə görüşündə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, KKTC prezidentləri Macarıstanın Baş naziri və Türkmınistan Milli Şurası Xalq Məsləhət başqanı iştirak edəcək.
Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan KKTC ilk dəfə TDT Sammitində iştirak edəcək.
Yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçiriləcək Zirvədə fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, ortaq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Cümhurbaşqanı Recep Tayyip Erdoğan Zirvə çərçivəsində həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.