Press "Enter" to skip to content

Tatarıstan hökumətindən Güney Azərbaycana dəstək

Rafis Kaşapov

BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan hökumətinin Baş naziri Rafis Kaşapov Güney Azərbaycan türklərinin azadlıq mücadiləsinə dəstək çağırışı edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən hökumətdən daxil olub.

Çağırış ukraynalı, belorus, tatar, bütün türk və fin-uqor xalqlarının nümayəndələrinə, həmçinin avropalı və Avropada yaşayanlara yönəlikdir.

“Qardaşlarımızı – Güney Azərbaycan türklərini dəstəkləyək. Onlar İrandakı zalım rejimin istibdadı altındadır. Bu rejim Ukraynaya yönəlik işğalçı müharibəsində Moskvanı dəstəkləyir. Bizim qardaşlarımız illərdir azadlığa təşnədir. Bizim kimi onların da bir çoxu tiranların sıxışdırmalarından qurtulmaq üçün yurd dışına qaçmalı olublar”, – deyə çağırışda bildirilir.

Daha sonra xatırladılır ki, martın 25-də Belçikanın paytaxtı Brüsseldə – Avropa Parlamentinin önündə Güney Azərbaycan üçün “Azadlıq və ədalət yürüşü” keçiriləcək. Bu tədbir saat 14.00-da Place du Luxembourg məkanında başlayıb saat 17.00-da Place Schuman Parliament məkanında bitəcək.

“Biz bütün duyarlı insanları – Azərbaycana, Moldovaya, Çeçenistana, Gürcüstana, Dağıstana, Suriya və İrana qarşı işğalçı müharibəyə başlamış tiranların əleyhdarlarını bu tədbirə dəvət edirik”, – deyə çağırışda qeyd edilir.

“Ukraynaya qarşı cinayətkar müharibəni birlikdə ittiham edək və Rusiyanın təcavüzünün dayandırılmasını tələb edək! İran rəhbərliyinin cinayətkar Moskva rejimini dəstəkləməyi dayandırmasını birlikdə tələb edək! Güney Azərbaycan türkləri üçün azadlıq və ədaləti birlikdə tələb edək! Biz uyğur qardaşlarımızın Çinin tutuqlama düşərgələrindən azad olunmasını tələb edirik! Moskoviyanın istilası altındakı xalqlara azadlıq! Türklər, bizim gücümüz birlikdədir, bizim gücümüz xoş məramımızdadır! Ukraynaya eşq olsun! Yaşasın Belarus! Tatarıstan azad olacaq!” – deyə çağırışda vurğulanır.

Sənədin sonunda imkanı olan hər kəsə sözügedən aksiyada öz milli bayraqları ilə iştiraka çağırış edilir. Eyni zamanda bu çağırışın geniş yayımlanması üçün media dəstəyi istənilir.

“Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir

Mission News Theme by Compete Themes.