Press "Enter" to skip to content

Rəssamlar sərgi-festivalda bir araya gələcəklər

“Novruz gəlir, yaz gəlir” adlı sərgi-festival keçiriləcək

Son yeniləmə: 16 Mart 2023 13:58

BAYRAQDAR MEDİA – “Azərbaycan xalqının ən qiymətli milli-mənəvi dəyərlərindən biri olan Novruz bayramı ölkəmizdə böyük coşqu ilə qeyd edilir. Hər il bu bayram zamanı müxtəlif tədbirlər, rəngarəng proqramlar təşkil edilir. Təbii ki, bu il də bayrama eyni ruhda hazırlaşırıq. Biz rəssamlar da Novruz bayramını özümüzə xas bir şəkildə qeyd etməyi düşünürük”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Rəssamlar İttifaqının üzvi , layihə rəhbəri Elnurə İsgəndərova deyib.

Onun sözlərinə görə, martın 17-də “Novruz gəlir, yaz gəlir” adlı sərgi-festival keçiriləcək.

Qeyd olunub ki, tədbir təşkilatçlları Elnurə və Aygün İsgəndərovaların, Bakı – Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz sərgi-festivalda rəssamlar bir araya gələcəklər: “Tədbirdə rəssamların Novruza həsr edilmiş rəsm əsərləri sərgilənəcək. Həmçinin, musiqili-əyləncəli bir tədbir təşkil olunacaq. Məqsədimiz rəsm və musiqini bir araya gətirərək, gözəl bir bayram gecəsi təşkil etməkdir”.

Onun sözlərinə görə, müxtəlif yaş qrupundan olan rəssamaların iştirakı ilə keçiriləcək sərgi-festivalın sonunda əsərləri sərgilənən rəssamlar mükafatlandırılacaq.

Mission News Theme by Compete Themes.