Press "Enter" to skip to content

“Qurtuluş” tamaşası nümayiş etdirilib

Tamaşadan səhnə

Son yeniləmə: 16 Mart 2023 15:58

BAYRAQDAR MEDİA – “2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və Ümummilli Liderin zəngin və çoxşaxəli irsinin qorunub-saxlanılması üçün silsilə tədbirlər keçirilir”.

İqtisadiyyat Nazirliyindən BAYRAQDAR MEDİA-ya martın 16-da verilən məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, “Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsi və təbliği məqsədilə İqtisadiyyat Nazirliyində Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı tərəfindən “Qurtuluş” tamaşası nümayiş etdirilib. Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tamaşada Heydər Əliyevin bədii obrazı canlandırılıb, onun həyatı və siyasi fəaliyyəti ilə bağlıbir sıra məqamlar səhnələşdirilib”.
Məlumatda o da bildirilir ki, tamaşa İqtisadiyyat Nazirliyinin kollektivi tərəfindən maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.