Press "Enter" to skip to content

Prezident İlham Əliyev Ankarada önəmli məqamlara toxundu – VİDEO

Türk dövlətləri rəhbərlərinin xatirə şəkli

BAYRAQDAR MEDİA – Bu gün qardaş Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev geniş çıxış edib. O, mövzuya uyğun olaraq Türkiyədə baş vermiş zəlzələyə Azərbaycan dövlətinin və xalqının necə üzüntüylə yanaşdığını ifadə edib. İ.Əliyev qeyd edib ki, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ilk reaksiya verən dövlət Azərbaycan olub. O, bildirib ki, Azərbaycan humanitar yardımlarla bərabər minədək şəxsi heyəti də yardım üçün göndərib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Azərbaycan Prezidentinin çıxışında diqqət çəkən məqamlardan biri də Ermənistanın destruktiv mövqeyinə toxunması olub. Prezident bildirib ki, Azərbaycan xalqı belə yanaşma ilə barışa bilməz. İ.Əliyev onu da deyib ki, Qərbi Azərbaycanlılar dinc yolla öz yurdlarına qayıtmağı hədəfləyir.

Prezidentin diqqət çəkdiyi daha bir mühüm məsələ türk dövlətlərindən kənarda yaşayan türklərlə bağlı olub. O, özəlliklə də Azərbaycanlıların sayının 50 milyondan çox olduğunu vurğulayıb. Prezident əlavə bu 50 milyonluq Azərbaycanlının yalnız 10 milyonu Azərbaycan Respublikasında yaşayır.

Mission News Theme by Compete Themes.