Press "Enter" to skip to content

İki ayda qaz hasilatı artıb

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 8 milyard kubmetrtəbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 4,4 milyard kubmetri “Şahdəniz”dən, 1,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 319 milyon kubmetr artımla qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 16-da Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə13 faiz çoxdur: “2023-cü ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyardkubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,9 milyard kubmetr qaz nəql olunub”.

Məlumatda deyilir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il martın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 206 milyard kubmetr, “Şahdəniz”dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu ixraca nəql edilib: “2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib. Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,8 milyon tonu konsorsiumun, 305mintonu isə SOCAR-ın payına düşür. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01mart2023-cü il tarixinədək 611 milyon tona yaxınneft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən570 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bundan 01mart2023-cü il tarixinədək 609 milyon tondan çoxu ixraca nəql edilib”.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çox olub.

Mission News Theme by Compete Themes.