BAYRAQDAR MEDİA – Türkiyədə baş verən zəlzələdən sonra Bosniya və Herseqovina Polis Xidməti adından Mirsad Viliç rəhbərlik etdiyi qurumun təbii fəlakət qurbanları üçün topladığı ianələri və yardımları Türkiyənin Sarayevodakı səfirliyinə çatdırıb.
Balkan News xəbər verir ki, səfir Sadik Babür Girgin, daxili işlər müşaviri Mehmet Erdoğan, Ali Durmaz və daxili işlər üzrə attaşe Cemil Cem Aydın Bosniya və Herseqovina polisinin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimlə ianələri qəbul ediblər.
S.B.Girgin göstərilən köməyə görə həm Bosniya və Herseqovina vətəndaşlarına, həm də Polis İdarəsinə təşəkkür edib.
Bosniya və Herseqovina polisinin baş direktoru Mirsad Viliç Bosniya və Herseqovina ilə Türkiyənin iki qardaş ölkə olduğunu, bundan sonra da yaxşı gündə də, pis gündə də bir yerdə olacaqlarını bildirib.