Son yeniləmə: 16 Mart 2023 16:16
BAYRAQDAR MEDİA – Türkiyədə zəlzələ bölgəsinə səfər edən KKTC Baş naziri Ünal Üstel, Adıyamanda Gazimağusa TMK voleybol komandasının tələbələrinin həyatını itirdiyi Isias otelinin dağıntıları üzərinə qara çələng qoyub.
Bu barədə Kibris Postasi xəbər yayıb.
Məlumata əsasən, İsias otelinin dağıntıları üzərinə Kıbrıs türk xalqı adından qara çələng qoyan Baş nazir daha sonra valiliyə gedərək Adıyaman valisi və Adıyaman Baş prokuroru ilə görüşüb.
Ü.Üsteli Baş nazirin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və iişlər və nəqliyyat naziri Erhan Arıklı müşayiət edib.
Baş nazir Ü.Üstel cinayət təhqiqatı ilə bağlı ətraflı məlumat aldıqdan sonra qısa mətbuat konfransı keçirib.