Son yeniləmə: 15 Mart 2023 10:26
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dövləti və xalqı biz qardaş ölkəyə kömək üçün səfərbər oldu. Eyniu zamanda, Azərbaycanda fəaliiyət gösətərən iş adamalrı, QHT-lər və müxtəlif qurumların iştirakı ilə “Qardaş Köməyi” Platforması təsis edildi.
Ötən müddət ərzində bu Platforma çərçivəsində topalanan yardımlar Türkiyəyə göndərilib. Öz növbəsində “Qardaş Köməyi” hazırda da bu istiqamətdə işini davam etdirir.
Bu istiqamətdə növbəti addım isə bu günlərdə atılır. Qurumdan aldığımız məlumata görə, “Qardaş Köməyi” Platformasının və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XIX Xeyriyyə Sərgisi keçiriləcək.
Gəncliyə Yardım Fondunun mərkəzi qərargahında (Cəfərov Qardaşları küçəsi,16. İçəri şəhər metrosunun yaxınlığı) keçiriləcək və üç gün (15-16-17 mart) davam edəcək XIX Xeyriyyə Sərgisindən əldə olunan vəsait Türkiyədə baş verən zəlzələdə zərərçəkmiş insanlara sərf ediləcəkdir.
Sərginin açılış mərasimi martın 15-də saat 11:00-da olacaq.